Yunanıstan sahillərində 5 bal gücündə zəlzələ baş verib

Yunanıstan sahillərində 5 bal gücündə zəlzələ baş verib Dağıntı və zərərçəkənlər barədə məlumat yoxdur
Digər ölkələr
26 Dekabr , 2017 04:26
Yunanıstan sahillərində 5 bal gücündə zəlzələ baş verib

Bakı. 26 dekabr. REPORT.AZ/ Yunanıstanın qərb sahillərində 5 bal gücündə zəlzələ qeydə alınıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, təbii fəlakətin episentri Korfu adasından 94 km cənub-şərqdə olub, zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi