​Yunanıstan parlamenti Fələstinin dövlət müstəqilliyini tanıyıb

Digər ölkələr
  • 22 dekabr, 2015
  • 09:17
​Yunanıstan parlamenti Fələstinin dövlət müstəqilliyini tanıyıb

Bakı. 22 dekabr. REPORT.AZ/ Yunanıstan parlamenti Fələstinin dövlət müstəqillyinin tanınması haqda qərar qəbul edib.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Bir müddət öncə Yunanıstanın baş naziri Aleksis Tsipras bundan sonra ölkənin bütün rəsmi sənədlərində "Fələstin Muxtariyyəti" ifadəsinin yerinə, "Fələstin" kəlməsinin işlədiləcəyini bildirmişdi.