KXDR nüvə obyektlərinin yoxlanılmasına razılıq verib

KXDR nüvə obyektlərinin yoxlanılmasına razılıq verib Bakı. 13 fevral. REPORT.AZ/ Koreya Xalq Demokratik Respublikası (KXDR) Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (International Atomic Energy Agency — IAEA) müfəttişləri tərəfindən özünün nüvə obyektlərinin yoxlanılmasına razılıq verib.
Digər ölkələr
13 Fevral , 2019 07:53
KXDR nüvə obyektlərinin yoxlanılmasına razılıq verib
Foto: BBC.com

Bakı. 13 fevral. REPORT.AZ/ Koreya Xalq Demokratik Respublikası (KXDR) Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (International Atomic Energy Agency — IAEA) müfəttişləri tərəfindən özünün nüvə obyektlərinin yoxlanılmasına razılıq verib.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu haqda "The Korea Times" qəzeti bildirib.

"Pxenyanda ABŞ və Şimali Koreya nümayəndələrinin bu yaxınlarda keçirilmiş danışıqlarının gedişatında Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişlərinə Koreya Xalq Demokratik Respublikasının nüvəsizləşdirilməsi prosesinə nəzarət üçün bu ölkənin nüvə və raket poliqonlarına girişə icazə verilməsi ilə bağlı ilkin razılığa nail olunub", - deyə qəzetdə Cənubi Koreyadakı mənbəyə istinadən bildirilir.

Mənbənin sözlərinə görə, yoxlamaların müddətləri və keçirilmə yerləri ABŞ və Koreya Xalq Demokratik Respublikasının işçi səviyyədəki danışıqlarında müzakirə olunacaq. Rəsmi Pxenyan həmçinin müfəttişlərin təhlükəsizliyinə və yoxlamalara müdaxilə etməməklə bağlı zəmanət verib.

Daha əvvəl bildirilirdi ki, ABŞ Prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında növbəti görüş Vyetnamın paytaxtı Hanoy şəhərində keçirilə bilər.

Son xəbərlər

Orphus sistemi