"YouTube" video portalının baş ofisində atışma olub, ölən və yaralananlar var - FOTO - VİDEO - YENİLƏNİB-2

"YouTube" video portalının baş ofisində atışma olub, ölən və yaralananlar var - FOTO - VİDEO - YENİLƏNİB-2 Hadisə zamanı bir neçə nəfər xəsarət alıb
Digər ölkələr
4 Aprel , 2018 01:48
YouTube video portalının baş ofisində atışma olub, ölən və yaralananlar var - FOTO - VİDEO - YENİLƏNİB-2

Bakı. 4 aprel. REPORT.AZ/ "YouTube" video portalının Kaliforniyadakı baş ofisində baş verən atışma zamanı 1 nəfər ölüb. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb. Məlumata görə, bu, hadisəni törədən qadındır. 

Qeyd edək ki, hadisə San-Bruno şəhərində baş verib. Atışma zamanı bir neçə nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.


***01:16

"YouTube" video portalının Kaliforniyadakı baş ofisində atəş açan qadın öldürülüb.

"Report" xəbər verir ki, bu barədə "NBC" telekanalı mənbəyə istinadən məlumat yayıb.

"YouTube"un ofisində atəşi qadın açıb və o, öldürülüb. Bu barədə hüquq-mühafizə orqanlarındakı bir neçə mənbə bildirib", - deyə teleşirkətin "Twitter"dəki səhifəsində qeyd olunur.

Telekanal həmçinin hadisə zamanı 8 nəfərin xəsarət aldığını bildirib. Yaralılar xəstəxanaya yerləşdirilib. Digər mətbuat orqanları isə yaralıların sayının 4 nəfər olduğunu xəbər veriblər.

Qeyd edək ki, daha əvvəl video portalın öz əməkdaşları da cinayətkarın öldürüldüyünü bildiriblər.



***00:46

"YouTube" video portalının baş ofisində atışma olub.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə video portalın əməkdaşları sosial şəbəkədə məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə "YouTube"un ABŞ-ın Kaliforniya ştatındakı mənzil qərargahında qeydə alınıb. Atışma zamanı bir neçə nəfər xəsarət alıb.

San-Bruno şəhərinin polisi faktı təsdiqləyib. Bu barədə isə "MSNBC" polisə istinadən xəbər verib.

Şirkətin əməkdaşlarından biri atışma səsi eşitdiklərini, binada gizləndiklərini bildirib. Digər əməkdaş isə hadisəni törədən cinayətkarın özünü öldürdüyünü qeyd edib.

Şahidlərin sözlərinə görə, hadisə yerinə xüsusi təyinatlılar cəlb edilib. Binanın ofisi üzərində bir neçə vertolyot uçur. 

Polis sakinlərə ərazidən uzaq olmağı tövsiyə edib.

Son xəbərlər

Orphus sistemi