Yuxarı

Yerevanda polis etiraz aksiyasını güc tətbiq edərək dağıdıb: 48 nəfər saxlanılıb

Polis məntəqələrinə aparılan vətəndaşların dəqiq sayı barədə məlumat verilmir

Bakı. 12 sentyabr. REPORT.AZ/ Ermənistanın paytaxtı Yerevanda etiraz aksiyası iştirakçıları ilə polis arasında gərginlik artıb. "Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu gün səhər nümayişin davam etdiyi əraziyə xeyli sayda polis qüvvələri yeridilib.

Erməni polisi Baqramyan prospektindəki etirazçılara güc tətbiq edərək ərazini "təmizləyib". Aksiyanı dağıdmaq üçün bu dəfə su şırnağından istifadə edilməyib.

Polis məntəqələrinə aparılan vətəndaşların sayının 48 olduğu bildirilir.

Xatırladaq ki, Ermənistanda elektrik enerjisinin bahalaşmasına qarşı iyunun 19-dan etiraz aksiyaları keçirilirdi. İyunun 23-də səhər saatlarında polis paytaxt Yerevanda keçirilən aksiyanı zorakılıqla dağıdıb və həmin gün 237 aksiya iştirakçısı həbs olunub. Onlara qarşı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi