Yeni Zelandiyanın İsraildəki səfirinə bu ölkəyə giriş qadağan edilib

Yeni Zelandiyanın İsraildəki səfirinə bu ölkəyə giriş qadağan edilib Conatan Karr həm də Yeni Zelandiyanın Azərbaycan üzrə səfiridir
Digər ölkələr
27 Dekabr , 2016 11:03
Yeni Zelandiyanın İsraildəki səfirinə bu ölkəyə giriş qadağan edilib

Bakı. 27 dekabr. REPORT.AZ/ Qərargahı Ankarada olan Yeni Zelandiyanın İsrail üzrə səfiri Conatan Karra İsrailə giriş qadağan edilib. Buna səbəb Yeni Zalandiyanın BMT Təhlükəsizlik Şurasının İsrailin əleyhinə olan qətnaməsini dəstəkləməsi olub.

"Report" "New Zeland Herald" nəşrinə istinadən xəbər verir ki, ölkənin Xarici İşlər Nazirliyində diplomata tətbiq edilən qadağanı təsdiqləyiblər.

Qeyd edək ki, Yeni Zelandiyanın İsrail üzrə səfiri C.Karr həm də ölkəsinin Azərbaycan və Gürcüstan üzrə diplomatik nümayəndəliyinin rəhbəridir.

Xatırladaq ki, bundan əvvəl İsrail BMT-dəki daimi nümayəndəsini və Yeni Zelandiyakı səfirini məsləhətləşmələr üçün Təl-Əvivə çağırıb. Həmçinin, bu qətnamənin lehinə səs verən ölkələrlə əlaqələri azaltmaq barədə qərar qəbul edilib.

Son xəbərlər

Orphus sistemi