Yeni Zelandiyada helikopter qəzaya uğrayıb, ölənlər var

Digər ölkələr
  • 31 oktyabr, 2016
  • 06:38
Yeni Zelandiyada helikopter qəzaya uğrayıb, ölənlər var

Bakı. 31 oktyabr. REPORT.AZ/ Yeni Zelandiyanın Şimal adasında, Fanqarei şəhərinin yaxınlığında "Robinson R-44" helikopteri qəzaya uğrayıb.

"Report" "Qazeta.Ru"ya istinadən xəbər verir ki, qəza nəticəsində iki nəfərin öldüyü bildirilir.

Hazırda polis ölənlərin şəxsiyyətini müəyyənləşdirməyə və onların qohumlarıyla əlaqə saxlamağa çalışır.