Yeni Zelandiyada gəmi qəzaya uğrayıb, ölənlər, itkin düşənlər var

Digər ölkələr
  • 21 mart, 2022
  • 01:26
Yeni Zelandiyada gəmi qəzaya uğrayıb, ölənlər, itkin düşənlər var

Yeni Zelandiyada göyərtəsində 10 nəfərin olduğu gəmi qəzaya uğrayıb.

Bu barədə “Report” “New Zealand Herald” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, qəza zamanı üç nəfər ölüb, iki nəfər itkin düşüb, daha beş nəfər xilas edilib

Polis iki nəfərin meyitinin tapıldığını və səhər saatlarında helikopterlə sudan çıxarıldığını bildirib.

Qəzada həlak olan üçüncü şəxsin meyiti axtarışa kömək edən gəmi tərəfindən çıxarılıb.

“İtkin düşən iki nəfərin tapılması üçün axtarışlar davam edir”, - polisdən bildirilib. Qeyd edilir ki, əlverişsiz hava şəraiti axtarışlara mane olur.

44 - Tezliklə