Yeni Zelandiyada daha 200-ə yaxın delfin sahilə çıxıb - VİDEO

Yeni Zelandiyada daha 200-ə yaxın delfin sahilə çıxıb - VİDEO İnsident köpək balıqlarının sürünü qorxutması səbəbindən baş verə bilər
Digər ölkələr
11 Fevral , 2017 06:11
Yeni Zelandiyada daha 200-ə yaxın delfin sahilə çıxıb - VİDEO

Bakı. 11 fevral. REPORT.AZ/ Daha 200-ə yaxın delfin özünü Yeni Zelandiyanın Cənub adası sahilinə atıb.

"Report" xəbər verir ki, bu barədə "Radio New Zealand" radiostansiyası məlumat yayıb.

Təbii Ehtiyatların Mühafizəsi Departamentinin əməkdaşı Mayk Ouql bildirib ki, insident köpək balıqlarının delfin sürüsünü qorxutması səbəbindən baş verə bilər.

"Heyvanlardan birinin bədənində köpək balığı dişləməsinin - kiçik, lakin yeni izi aşkar olunub. Odur ki, bu onunla əlaqədar ola bilər", — deyə radiostansiya Ouqlun sözlərini sitat gətirir.

Ötən gün də 400-dən çox delfin özünü sahilə atıb. Yalnız könüllülərin köməkliyi ilə onlardan 100-ə yaxınını xilas etmək mümkün olub. Digərləri ölüb.

Son xəbərlər

Orphus sistemi