Yeni Zelandiyada COVID-19 ilə bağlı məhdudiyyətlər uzadıldı

Yeni Zelandiyada COVID-19 ilə bağlı məhdudiyyətlər uzadıldı Mövcud tədbirlər sentyabrın 14-də yenidən nəzərdən keçiriləcək.
Digər ölkələr
4 Sentyabr , 2020 10:51
Yeni Zelandiyada COVID-19 ilə bağlı məhdudiyyətlər uzadıldı

Yeni Zelandiyada koronavirusla mübarizə üçün tətbiq olunan məhdudiyyətlər ən azı sentyabrın ortalarına qədər qüvvədə olacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Casinda Ardern məlumat verib.

Hökumət başçısı Yeni Zelandiya sakinlərinin sosial məsafə qaydalarına riayət etməyə davam etməli olduqlarını söyləyib.

“Hər şeyi doğru etsək, məhdudiyyətlərdən daha tez qurtula və qeyri-sabit vəziyyət riskini azalda bilərik”, - xanım nazir deyib.

O, mövcud tədbirlərin sentyabrın 14-də yenidən nəzərdən keçiriləcəyini də açıqlayıb.

Qeyd edək ki, ən sərt məhdudiyyətlər ölkənin ən böyük şəhəri, epidemiyanın mərkəzinə çevrilən Oklenddə tətbiq olunur. Orada 10 nəfərdən çox qrup halında toplaşmaq qadağandır. Yeni Zelandiyanın qalan hissəsində isə 100 nəfərədək tədbirin keçirilməsinə icazə verilir.

Son xəbərlər

Orphus sistemi