Yeni Zelandiya Ukraynaya hərbi yardımı genişləndirəcək
Digər ölkələr
- 14 noyabr, 2022
- 16:39
Yeni Zelandiya Ukrayna Silahlı Qüvvələrinə hərbi təlimlər keçmək üçün daha 66 hərbçisini Böyük Britaniyaya göndərəcək.
“Report” “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Yeni Zelandiya Silahlı Qüvvələrinin saytında bildirilir.
“Onlar Ukraynanın özünümüdafiə qabiliyyətini artırmaq üçün işləməyə davam edəcəklər. Qrupun tərkibi 31 iyul 2023-cü ilə qədər tamamlanmalıdır”, - Yeni Zelandiya Birləşmiş Qüvvələrinin komandanı kontr-admiral Cim Gilmor deyib.
Onun sözlərinə görə, Yeni Zelandiya Silahlı Qüvvələri Ukraynanın müdafiəsinə dəstək vermək üzrə beynəlxalq səylərdə rolunu davam etdirəcək.
Qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələrinə dəstək vermək üçün Yeni Zelandiyanın artıq 135 hərbçisi Britaniya və Avropaya göndərilib.
Son xəbərlər
02:43
Konqoda mədənin çökməsi nəticəsində 200-dən çox insan həlak olub
Digər ölkələr02:34
NYT: İranın tamamlanmamış iki nüvə obyektində hərəkətlilik qeydə alınıb
Region02:13
Braziliyada bir uşaq köpəkbalığı hücumu nəticəsində ölüb
Digər ölkələr01:51
Türkiyədə sel fəlakəti nəticəsində onlarla ev və avtomobil sular altında qalıb
Region01:24
KİV: İraqda prezident seçkiləri fevralın 1-də keçiriləcək
Digər ölkələr00:45
Video
Qərbi Azərbaycan Xronikası: Arınc İncə türk tayfasına mənsub olan ərlər yurdudur
Daxili siyasət00:19
"Mançester Siti"nin futbolçusu Diaşın evi qarət edilib
Hadisə00:01
Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür
Daxili siyasət23:56