Yeni Zelandiya Ukraynaya əlavə 3 milyon dollar məbləğində humanitar yardım ayıracaq
Digər ölkələr
- 30 iyun, 2026
- 13:02
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Yeni Zelandiya Ukraynaya əlavə 3 milyon dollar məbləğində humanitar yardım ayıracaq.
"Report" xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa "X" sosial şəbəkəsində yazıb.
"Ukraynanın humanitar ehtiyacları üçün əlavə 3 milyon dollar məbləğində vəsaitin ayrılacağını elan etdiklərinə görə Yeni Zelandiyaya və həmkarım Uinston Pitersə minnətdaram. Rusiya dinc sakinlərə və kritik infrastruktur obyektlərinə amansız hücumlarını davam etdirdiyi bir vaxtda, biz xalqımızın dözümlülüyünə verilən bu töhfəni yüksək qiymətləndiririk. Ukrayna və Ukrayna xalqı ilə prinsipial həmrəyliyinə görə Yeni Zelandiyaya dərindən minnətdarıq", - Sibiqa yazıb.
Son xəbərlər
08:57
İordaniyada kilsəyə hücumda şübhəli bilinən üç nəfər saxlanılıb
Digər ölkələr
08:43
Türkiyə kəşfiyyatının rəhbəri İrana səfər edəcək
Region
08:14
Foto
Həftənin ilk günü paytaxtın bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:03
Kütləvi kiberhücumlara görə Yaponiya hökumətinin təcili iclası keçiriləcək
Digər ölkələr
08:00
U-15 dünya çempionatı: Azərbaycan millisi daha iki matç keçirəcək
Futbol
07:39
Lula da Silva Braziliyanın ABŞ-nin "arxa bağça"sı olmayacağını bildirib
Digər ölkələr
07:22
Tayvan nadir torpaq metallarının istehsalı üzrə ilk zavodu inşa etməyi planlaşdırır
Digər ölkələr
06:58
Cənubi Koreya və ABŞ "Freedom Flag" birgə hərbi təlimlərinə başlayıb
Digər ölkələr
06:28
Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin toplantısı keçiriləcək
Region