Yeni Zelandiya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Yeni Zelandiya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib Yeni Zelandiya hökuməti Rusiyaya qarşı yeni sanksiyalar elan edib.
Digər ölkələr
18 Mart , 2022 06:56
Yeni Zelandiya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Yeni Zelandiya hökuməti Rusiyaya qarşı yeni sanksiyalar elan edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkə hökumətinin saytında dərc olunmuş press-relizdə məlumat yayılıb.

Məlumata görə, Rusiya Prezidenti Vladimir Putin və Təhlükəsizlik Şurasının 12 üzvünün, o cümlədən Baş nazir Mixail Mişustinin, xarici işlər və müdafiə nazirləri Sergey Lavrov, Sergey Şoyqu və daha 20 nəfərin aktivləri dondurulacaq. Hökumət həmçinin siyasi və hərbi fəaliyyətlə əlaqəli 364 rusiyalının ölkəyə girişini bağlayıb.

“Dünya Putinin Ukraynadakı hərəkətlərinə qarşı həmrəydir və tarixi qanunun qəbulundan cəmi bir həftə sonra biz beynəlxalq birliyə qoşularaq, ilk məqsədyönlü sanksiyalarımızı tətbiq edirik”, - xarici işlər naziri Nanaia Makhuta bildirib.

Nazir əlavə edib ki, yaxın həftələrdə əlavə sanksiyaların tətbiqi gözlənilir.

Son xəbərlər

Orphus sistemi