Yeni Qvineya sahillərində 6 maqnitudaya yaxın zəlzələ olub

Digər ölkələr
  • 27 aprel, 2018
  • 01:58
Yeni Qvineya sahillərində 6 maqnitudaya yaxın zəlzələ olub

Bakı. 27 aprel. REPORT.AZ/ Sakit okeanın Yeni Qvineya sahillərində 5,5 maqnituda gücündə zəlzələ baş verib.

“Report” xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayansk filialı məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Cayapur şəhərinin 131 kilometrliyində qeydə alınıb.