Yeni Kaledoniya sahillərində 7 maqnitudaya yaxın zəlzələ olub

Digər ölkələr
  • 16 oktyabr, 2018
  • 02:45
Yeni Kaledoniya sahillərində 7 maqnitudaya yaxın zəlzələ olub

Bakı. 16 oktyabr. REPORT.AZ/ Sakit okeanın Yeni Kaledoniya sahillərində 6,8 maqnituda gücündə zəlzələ baş verib.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti (USGS) məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanların episentri şərqdə yerləşən Tadin şəhərinin 162 km-də, ocağı isə yerin 10 km dərinliyində qeydə alınıb.

Bundan əvvəl İndoneziyanın Yava adasında 6,3 maqnituda gücündə zəlzələ baş verib.