Yuxarı

​Yeni Kaledoniya sahillərində 6 bal gücündə zəlzələ baş verib

Sunami təhlükəsi yoxdur

Bakı. 16 may. REPORT.AZ/ Sakit okeanın Fransaya məxsus olan Yeni Kaledoniya inzibati ərazisində 5,9 bal gücündə zəlzələ baş verib.

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanlar bazar ertəsi yerli vaxtla 11.41-də qeydə alınıb. Episentr İl-Hanter adasından 92 km. şərqdə, ocaq isə 10 km. dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat yoxdur. Sunami təhlükəsi gözlənilmir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi