Yeni Dehlidə baş verən yanğında 7 yeni doğulmuş körpə ölüb

Yeni Dehlidə baş verən yanğında 7 yeni doğulmuş körpə ölüb Hindistan paytaxtının şərqində özəl uşaq baxım mərkəzində baş verən yanğında yeddi yeni doğulmuş körpə ölüb.
Digər ölkələr
26 May , 2024 09:16
Yeni Dehlidə baş verən yanğında 7 yeni doğulmuş körpə ölüb

Hindistan paytaxtının şərqində özəl uşaq baxım mərkəzində baş verən yanğında yeddi yeni doğulmuş körpə ölüb.

“Report” xəbər verir ki, bu barədə Yeni Dehli polisinin bəyanatında deyilir.

Fövqəladə vəziyyətlə bağlı zəngdən sonra hadisə yerinə 16 yanğınsöndürmə briqadası cəlb edilib. Binanın birinci mərtəbəsindən 12 uşaq xilas edilib.

Xilasedicilərə yuxarı mərtəbələrdə olan daha yeddi yeni doğulmuş uşağı təxliyə etmək üçün daha çox vaxt lazım olub. Nəticədə uşaqlar xəstəxanaya çatdırıldıqdan sonra ölüblər.

Yanğının səbəbi müəyyən edilməyib. Faktla bağlı araşdırmalara başlanılıb. Uşaq mərkəzinin sahibinə qarşı cinayət iş açılıb.

Son xəbərlər

Orphus sistemi