Yəmənin Baş naziri istefa verib
Digər ölkələr
- 03 may, 2025
- 17:23
Yəmənin Baş naziri Əhməd Əvvad bin Mübarək istefa verib.
“Report”un məlumatına görə, o, bu barədə sosial şəbəkədə bildirib.
"Prezident Şurasının rəhbəri Rəşad əl-Alimi ilə görüşümü başa çatdırdım və ona baş nazir vəzifəsindən istefa ərizəmi təqdim etdim", - bin Mübarəkin bəyanatında qeyd olunub.
O, istefa qərarını "konstitusiya səlahiyyətlərini yerinə yetirmək və hökumətdə dəyişikliklər etmək iqtidarında olmaması" ilə izah edib, eləcə də işində çoxlu çətinliklərlə üzləşdiyini vurğulayıb.
Bin Mübarək 2024-cü ilin fevral ayının əvvəlində Yəmənin Baş naziri təyin edilmişdi.
Son xəbərlər
08:28
Emin Əmrullayev təhsilalanları, müəllimləri Bilik Günü münasibətilə təbrik edib
Elm və təhsil08:02
ABŞ kömür və qaz elektrik stansiyaları üçün emissiya məhdudiyyətlərini ləğv edib
Digər ölkələr07:40
Bakının bir sıra yollarında tıxac yaranıb
İnfrastruktur07:22
Bu gün Abşeron və Yasamalın bir sıra ərazilərində işıq olmayacaq
Energetika07:02
Xocavənd sakini: İllərdir yurdumuza qayıdacağımız bu günü gözləyirdik
Daxili siyasət06:30
Foto
Xocavəndə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə köç karvanları yola salınıb
Daxili siyasət06:27
Keçmiş məcburi köçkün: Çox sevinirəm ki, doğma yurduma qayıdıram
Daxili siyasət06:12
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsini təsdiqləyib
Digər ölkələr05:41