Yuxarı

Yəməndəki münaqişə tərəfləri Cenevrə məsləhətləşmələrində iştirak edəcək

Məsləhətləşmələr mayın 28-nə nəzərdə tutulub

Baku. 22 May. REPORT.AZ/ Yəməndə həm üsyançı husilər həm də hökümət nümayəndələri Cenevrədə keçiriləcək məsləhətləşmələrdə iştiraka dair razılıq verib.

"Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, məsləhətləşmələr mayın 28-nə nəzərdə tutulub.

BMT baş katibinin rəsmi nümayəndəsi Farxan Hak bildirib ki, münaqişə tərəflərinin danışıqlar prosesində iştirakı özü özlüyündə müsbət haldır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi