Bakı. 16 may. REPORT.AZ/ Yəmən ərazisində itkin düşən "F-16" qırıcı təyyarəsinin pilotunun cəsədinin tapıldığı ehtimal edilir.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Mərakeş Ordusunun bəyanatında bildirilir.
"Mərakeş hakimiyyəti tərəfindən göstərilən səylər zamanı zəruri rəsmiləşdirmə işləri aparıldıqdan sonra itkin düşən pilota aid olduğu ehtimal edilən cəsəd repatriasiya ediləcək", - deyə bəyanatda qeyd olunur.
Mərakeş genetik ekspertiza aparmaq üçün Yəmənə öz ekspertlərini göndərəcək.
Husilər iddia edirlər ki, "F-16" təyyarəsini Yəmənin şimal-qərbində gedən döyüşlər zamanı vurublar.