Bakı. 20 yanvar. REPORT.AZ/ Yəmənin Huti hərəkatının üzvləri prezident sarayını ələ keçiriblər.
"Report" xəbər verir ki, bu barədə "Əl-Arabiyə" telekanalı məlumat yayıb.
Üsyançılar saray binasının bütün girişlərini nəzarət altına götürüblər. Münaqişənin gərginləşməsi atəşkəs haqqında razılaşmanın fonunda baş verir.