Yəməndə son iki gün ərzində azı 50 dinc sakin həlak olub

Yəməndə son iki gün ərzində azı 50 dinc sakin həlak olub Döyüşlər əsasən Taiz şəhərinində davam edir
Digər ölkələr
8 Noyabr , 2015 14:34
Yəməndə son iki gün ərzində azı 50 dinc sakin həlak olub

Bakı. 8 noyabr. REPORT.AZ/ Yəməndə son iki gün ərzində baş verən döyüşlərdə ən azı 50 dinc sakin həlak olub.

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, ölkənin cənub-şərqindəki El-Dali vilayətindəki Taiz şəhərində "Ənsar Allah" hərəkatının (Husilər) müqavimətini qırmağa çalışan prezident Mənsur Hadiyə sadiq qüvvələrin hücumu zamanı 29 nəfər ölüb.

Eyni vilayətin digər rayonlarda döyüşlər zamanı daha 30 nəfərin öldürüldüyü bildirilir.

Qeyd edək ki, husilərə qarşı döyüşlərdə Sədiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyaya məxsus 10 minə yaxın hərbçi də iştirak edir. 

Son xəbərlər

Orphus sistemi