Yəməndə silahlı toqquşmalar nəticəsində 100-dən çox insan ölüb

Yəməndə silahlı toqquşmalar nəticəsində 100-dən çox insan ölüb Paytaxt Sənada atışma çərşənbə günündən davam edir
Digər ölkələr
2 Dekabr , 2017 20:55
Yəməndə silahlı toqquşmalar nəticəsində 100-dən çox insan ölüb

Bakı. 2 dekabr. REPORT.AZ/ Şənbə günü Yəmənin paytaxtı Sənada üsyançı husilərlə ölkənin sabiq prezidenti Əli Abdulla Salehin tərəfdarları arasında baş verən silahlı toqquşmalar nəticəsində 100-dən çox insan həyatını itirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Sky News Arabia" telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, husilər daha çox itki veriblər. Digər mənbələrdən bu məlumatı təsdiq və ya təkzib etdirmək mümkün deyil.

Tərəflər arasında iriçaplı pulemyotlar, mina və qumbaraatanlardan istifadə olunmaqla baş verən silahlı toqquşma çərşənbə günündən davam edir.

Son xəbərlər

Orphus sistemi