​Yəməndə siklonun keçməsi nəticəsində 6 nəfər ölüb, 60 nəfər xəsarət alıb

​Yəməndə siklonun keçməsi nəticəsində 6 nəfər ölüb, 60 nəfər xəsarət alıb Təbii fəlakət xeyli ziyan vurub
Digər ölkələr
10 Noyabr , 2015 02:04
​Yəməndə siklonun keçməsi nəticəsində 6 nəfər ölüb, 60 nəfər xəsarət alıb

Bakı. 10 noyabr. REPORT.AZ/ Yəmən sahillərində yerləşən Sokotra adasında "Meq" tropik siklonunun yaratdığı fəsadlar nəticəsində ən azı 6 nəfər ölüb, 60 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat verib.

" "Meq" tropik siklonu ötən gün Yəmənin Sokotra adası üzərindən keçib və ilkin məlumatlara görə, nəticədə 6 nəfər ölüb və 60 nəfər xəsarət alıb", - deyə o bildirib və qeyd edib ki, təbii fəlakət, həmçinin xeyli ziyan vurub.

Onun sözlərinə görə, BMT-nin humanitar agentliyi təbii fəlakətdən zərər çəkən rayonların sakinlərinə yardım göstərməyə başlayıblar.

Son xəbərlər

Orphus sistemi