Yəməndə münaqişə tərəfləri qoşunların yerdəyişməsi ilə bağlı razılığa gəliblər

Yəməndə münaqişə tərəfləri qoşunların yerdəyişməsi ilə bağlı razılığa gəliblər Bakı. 18 fevral. REPORT.AZ/ Yəməndə münaqişə tərəfləri dördüncü birgə müşavirənin gedişatında qoşunların yerinin dəyişdirilməsinin birinci mərhələsi ilə bağlı razılığa gəliblər.
Digər ölkələr
18 Fevral , 2019 05:52
Yəməndə münaqişə tərəfləri qoşunların yerdəyişməsi ilə bağlı razılığa gəliblər

Bakı. 18 fevral. REPORT.AZ/ Yəməndə münaqişə tərəfləri dördüncü birgə müşavirənin gedişatında qoşunların yerinin dəyişdirilməsinin birinci mərhələsi ilə bağlı razılığa gəliblər.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı birgə müşavirə fevralın 16-17-də keçirilib.

"Yerdəyişmə məsələləri üzrə koordinasiya komitəsinin sədri tərəfindən uzun müddətli, amma konstruktiv müzakirələrdən sonra tərəflər hərbi qüvvələrin qarşılıqlı yerdəyişməsinin birinci mərhələsi üzrə razılaşmaya nail olub", - deyə BMT-nin rəsmi saytında dərc edilmiş bəyanatda bildirilir.

Qeyd edək ki, ölkədə bir neçə ildir vətəndaş müharibəsi davam edir. Müharibə nəticəsində minlərlə insan həlak olub, on minlərlə insan xəsarət alıb.

Daha əvvəl Yəməndə bombardman zamanı bir neçə nəfər həlak olub, onlarla insan yaralanıb.

Son xəbərlər

Orphus sistemi