Yəməndə gedən döyüşlərdə 17 üsyançı öldürülüb
Digər ölkələr
- 10 noyabr, 2017
- 02:28
Bakı. 10 noyabr. REPORT.AZ/ Yəmənin paytaxtı Sana şəhərinin şərqindəki Nehm rayonu ərazisində ölkənin hökumətyönlü qüvvələri ilə "Ənsərullah" hərəkatı (husilər) arasında döyüşlər nəticəsində 17 husi öldürülüb.
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Yəmənin ordu komandanlığının nümayəndəsi Abdulla Şendiki bildirib.
Onun sözlərinə görə, döyüşlər zamanı onlarla husi yaralanıb. Abdulla Şendiki həmçinin qeyd edib ki, hökumətyönlü qüvvələr həmin ərazidə mühüm uğurlara nail olublar. Üsyançıların üç zirehli maşını və beş avtomobili də məhv edilib.
Qanuni hökumətin tərəfdarlarına Səudiyyə Ərəbistanının başçılıq etdiyi beynəlxalq koalisiya fəal dəstək verir.
Yəməndə hərbi münaqişə 2014-cü ildən davam edir.
Son xəbərlər
12:15
Əhməd Davudoğlu barəsində prezidenti təhqir ittihamı ilə istintaq başladılıb
Region12:08
Keyt Firon: Səmərəli minatəmizləmə fəaliyyətinin əsasında milli məsuliyyət dayanır
Digər ölkələr12:06
Foto
"AzərEnerji" Çinin "Universal Energy" şirkəti ilə əməkdaşlığı müzakirə edib
Energetika12:00
"Biletim.az" portalı vasitəsilə satış 1,7 dəfə artıb
İnfrastruktur11:52
"İşgüzar Kredit İttifaqı"nın lisenziyası ləğv olunub
Maliyyə11:50
Azərbaycan Premyer Liqasında IV turun təyinatları açıqlanıb
Futbol11:50
"AzInTelecom" bulud xidmətləri ilə növbəti beynəlxalq uğura imza atıb!
İKT11:49
Ukrayna və Azərbaycan aqrar sahədə əməkdaşlığın genişləndirilməsində maraqlıdır
Xarici siyasət11:47