Yuxarı

​Yəməndə avtomobilin minaya düşməsi nəticəsində 16 hərbçi ölüb

Heç bir terror qruplaşması məsuliyyəti öz üzərinə götürməyib

Bakı. 9 noyabr. REPORT.AZ/ Yəmənin qərbində yolda minanın partlaması nəticəsində ən azı 16 hərbçi həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə yerli mətbuta istinadən RİA "Novosti" məlumat yayıb.

İnsident ötən bazar günü baş verib. Hərbçilərin olduğu avtomobil Marib əyalətində yola basdırılan minanın üzərindən keçib.

Hələ ki, heç bir terror qruplaşması hadisə ilə bağlı məsuliyyəti öz üzərinə götürməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi