Yuxarı

​Yəməndə aviazərbələr nəticəsində 40-a yaxın insan həlak olub

Ölənlərin əksəriyyəti dinc sakinlərdir

Bakı. 21 aprel. REPORT.AZ/ "Ərəb koalisiyası"nın Yəmən ərazisinə endirdiyi havadan zərbələr nəticəsində təqribən 40 nəfər həyatını itirib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Sky News Arabia" telekanalı məlumat yayıb.

Daxil olan məlumata görə, ölənlərin böyük əksəriyyəti dinc sakinlərdir. Daha onlarla yəmənli yaralanıb.

İlk hava zərbəsi İbb əyalətinə endirilib. Burada əksəriyyəti mülki şəxs olmaqla ən azı 20 nəfər həyatını itirib.

Təqribən 15 dinc sakin və yeddi əskərin ölümünə səbəb olan ikinci aviahücum Səudiyyə Ərəbistanı ilə sərhəddən bir neçə kilometr aralıda yerləşən Harad yaşayış məntəqəsinə edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi