Yəmən Silahlı Qüvvələrinin Baş Qərargah rəisi minaya düşüb

Yəmən Silahlı Qüvvələrinin Baş Qərargah rəisi minaya düşüb Qolundan yaralanan əl-Ukayli xəstəxanaya çatdırılıb
Digər ölkələr
5 Yanvar , 2018 20:49
Yəmən Silahlı Qüvvələrinin Baş Qərargah rəisi minaya düşüb

Bakı. 5 yanvar. REPORT.AZ/ Yəmən Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Taher əl-Ukaylinin olduğu avtomobil minaya düşüb.

"Report"un məlumatına görə, bu barədə "RİA Novosti" Yəmən hərbi mənbəyinə istinadən xəbər verir.

Hadisə Səudiyyə Ərəbistanı sərhədi yaxınlığındakı Əl-Cauf əyalətinin Habb ya Əş-Şəəf rayonunda baş verib və qolundan yaralanan əl-Ukayli xəstəxanaya çatdırılıb.

Avtomobildə onunla birgə olan Əl-Cauf əyalətinin qubernatoru Amin əl-Ukaymi də partlayış nəticəsində sağ qalıb.

Son xəbərlər

Orphus sistemi