Bakı. 7 dekabr. REPORT.AZ/ Yəmən sahillərində Efiopiyadan qeyri-leqal miqrant daşıyan gəmi batıb.
"Report" İTAR-TASS-a istinadən xəbər verir ki, gəminin qəzaya uğraması nəticəsində 70 nəfər həlak olub.
Ölənlərin hamısı Efiopiya vətəndaşlarıdır.
Faciənin mümkün başvermə səbəbləri barədə rəsmi məlumat yoxdur.