​Yəmən prezidenti ölkə paytaxtını Ədən şəhərinə köçürüb

​Yəmən prezidenti ölkə paytaxtını Ədən şəhərinə köçürüb Bəzi ərəb ölkələri artıq öz səfirliklərini Sənadan Ədənə köçürüblər
Digər ölkələr
7 Mart , 2015 21:55
​Yəmən prezidenti ölkə paytaxtını Ədən şəhərinə köçürüb

Bakı. 7 mart. REPORT.AZ/ Yəmən prezidenti Əbd Rabo Mənsur Hadi martın 7-də ölkə paytaxtının Ədən şəhərinə köçürüldüyünü elan edib və o, Səna şəhəri üsyançı husilərin əlində olduğu müddətcə orada qalacaq.

"Report" xəbər verir ki, Ədən 1990-cı ildə mövcudluğunu itirən Yəmən Xalq Demokratik Respublikasının keçmiş paytaxtı və Mənsur Hadinin doğma şəhəridir.

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi bəzi ərəb dövlətləri artıq öz səfirliklərini Sənadan Ədənə köçürüblər.

Husilər prezident Hadini istefaya getmək məcburiyyəti qarşısında qoyublar, lakin beynəlxalq ictimaiyyət onu Yəmənin qanuni prezidenti kimi tanıyır.

Son xəbərlər

Orphus sistemi