Yəməndəki partlayışda ölən və yaralananların sayı artıb

Yəməndəki partlayışda ölən və yaralananların sayı artıb Bu gün Yəmən paytaxtı Ədən şəhərinin beynəlxalq hava limanında güclü partlayış və atışma baş verib.
Digər ölkələr
30 Dekabr , 2020 20:48
Yəməndəki partlayışda ölən və yaralananların sayı artıb
0 : 00
0 : 00

Yəmənin paytaxtı Ədən şəhərinin hava limanında bu gün baş vermiş partlayış və silahlı hücum nəticəsində ölənlərin sayı 22-yə, yaralıların sayı isə 50-yə çatıb.

“Report” AP-yə istinadən xəbər verir ki, hələlik bu hücumun məsuliyyətini heç kəs üzərinə götürməyib.

Rəsmi məlumata görə, daha bir partlayış hava limanından təxliyə olunan rəsmi şəxslərin yerləşdirildiyi hökumət iqamətgahının yaxınlığında baş verib. Hadisə yerinə hərbçilər və təhlükəsizlik qüvvələri cəlb edilib.

17:30

Bu gün Yəmənin paytaxtı Ədən şəhərinin beynəlxalq hava limanında yeni hökumətin üzvlərini daşıyan təyyarə yerə enərkən törədilən partlayış və silahlı hücum nəticəsində azı 10 nəfər ölüb, onlarla insan yaralanıb.

Bu barədə “Report” “Reuters”ə istinadən xəbər verir.

Baş nazir Müin Əbdülməlik Səid və hökumət üzvləri, habelə Səudiyyə Ərəbistanının səfiri Məhəmməd Səid əl Cabbar xəsarət almadan “Maasheq Palace” hökumət iqamətgahına çatdırılıblar.

Baş nazir bu barəd tvitter səhifəsində aşağıdakıları paylaşıb: “Biz və hökumət üzvləri hazırda müvəqqəti paytaxt Ədəndəyik və hər şey yaxşıdır. Qorxaq terrorçuların Ədən hava limanını hədəf alan bu əməli Yəmən dövlətinə və böyük xalqına qarşı aparılan müharibənin bir parçasıdır”.

BMT baş katibinin Yəmən üzrə xüsusi elçisi Martin Qriffits də tvitterdə bu hücumu “yolverilməz zorakılıq” kimi kəskin şəkildə qınayaraq ölənlərin ailələrinə başsağlığı verib.

15:58

Bu gün Yəmənin paytaxtı Ədən şəhərinin beynəlxalq hava limanında güclü partlayış və atışma baş verib.

“Report” “Al Arabiya”ya istinadən xəbər verir ki, yeni hökumət üzvlərini daşıyan təyyarə endikdən sonra aeroport minaatandan atəşə tutulub.

Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.

“Reuters” isə xəbər verir ki, ölkənin baş naziri Müin Əbdülməlik Səid və nazirlər hava limanından hökumət iqamətgahına aparılıblar. Hökumət üzvləri hadisə zamanı xəsarət almayıb.

Son xəbərlər

Orphus sistemi