Yuxarı

​Yəmən İranla diplomatik əlaqələri kəsib

Yəmən hakimiyyəti rəsmi Tehranı husi qiyamçılarına yardım göstərməkdə ittiham edir

Bakı. 2 oktyabr. REPORT.AZ/ Yəmən hakimiyyəti İranla diplomatik əlaqələri kəsib.

"Report" "Aden TV"yə istinadən xəbər verir ki, Yəmənin rəsmi hakimiyyəti İranı husi qiyamçılarına yardım göstərməkdə ittiham edir.

İki gün öncə isə Yəməndəki ərəb koalisiyası qüvvələri Ərəb dənizində göyərtəsində silah olan İrana məxsus gəmini ələ keçiriblər. Xəbərdə bildirilib ki, gəmidəki 14 nəfər də saxlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi