Yəmən hökuməti və husilər BMT-nin vasitəçiliyi ilə danışıqlara başlayıb
Digər ölkələr
- 11 mart, 2023
- 20:15
Yəmən hökuməti və husi üsyançıları İsveçrədə əsirlərin mübadiləsinə dair danışıqlara başlayıb.
"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberq və Beynəlxalq Qırmızı Xaç Komitəsi münaqişə tərəfləri arasında vasitəçi kimi çıxış edirlər. Qrundberq mümkün qədər çox məhbusu azad etməyə çağırıb.
Danışıqlar 2018-ci ildə bağlanmış saziş üzrə davam edir. Daha sonra münaqişə tərəfləri heç bir şərt olmadan bütün məhbusları azad etməyə razılaşıblar. Bundan sonra Yəmən hökuməti və husilər bir neçə əsir mübadiləsi aparıblar.
Yəməndə silahlı münaqişə 2014-cü ilin martından davam edir. Ərəb koalisiyası Yəmən prezidenti Abd Rabbo Mansur Hadinin qüvvələrini dəstəkləyir.
Son xəbərlər
14:13
Baş Prokurorluq Qənimət Zahidovu istintaqa dəvət edib
Hadisə14:10
UEFA İnkişaf Turnirində iştirak edəcək Azərbaycan millisinin heyəti müəyyənləşib
Futbol14:10
ITU-nun Baş katibi: "COP29 Azərbaycanın rəqəmsal inkişafda liderliyini göstərib"
İKT13:56
Banqladeşin keçmiş Baş naziri barədə qiyabi olaraq ölüm hökmü çıxarılıb
Digər ölkələr13:55
Xəzərin dibi ilə fiber-optik kabelin çəkilməsinə gələn ilin yayında başlanılacaq
İKT13:53
Türkiyə MN Azərbaycanı Milli Dirçəliş Günü münasibətilə təbrik edib
Xarici siyasət13:52
Orta Asiya platforması Azərbaycanın üzvlüyü ilə daha da güclənir - RƏY
Daxili siyasət13:47
Saməddin Əsədov: "WTDC-25-ə 184 təşəbbüs daxil olub"
İKT13:42