Yuxarı
    Bağlamaq

    Yaraqlılar Somalidəki hotelə hücum çəkib, 19 nəfər ölüb

    Əvvəl avtomobildəki bomba partlayıb, sonra silahlı şəxslər hotelə hücum çəkərək insanları girov götürüb

    Bakı. 15 iyun. REPORT.AZ/ Somalinin paytaxtı Mogadişoda yaraqlıların hotel və restorana hücumu nəticəsində ən azı 19 nəfər ölüb. Bu barədə “Report” “Reuters”ə istinadən xəbər verir.

    Yaralıların sayı və ölənlərin milliyyəti barədə məlumat yoxdur.

    Əvvəl avtomobildəki bomba partlayıb, sonra silahlı şəxslər hotelə hücum çəkərək insanları girov götürüb.

    Polisin məlumatına görə, beş yaraqlı öldürülüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi