Bakı. 1 may. REPORT.AZ/ Yaponiyanın Hokkaydo adasında 5,5 bal gücündə zəlzələ olub.
"Report" xəbər verir ki, bu barədə Yaponiya Meteoroloji Agentliyinin məlumatında bildirilir.
Yeraltı təkanların ocağı 50 km. dərinlikdə olub. Tələfat və dağıntılar barədə məlumat yoxdur.