Yaponiyada 5,3 bal gücündə zəlzələ olub

Yaponiyada 5,3 bal gücündə zəlzələ olub Tələfat və ya dağıntı barədə məlumat yoxdur
Digər ölkələr
1 İyul , 2017 19:52
Yaponiyada 5,3 bal gücündə zəlzələ olub

Bakı. 1 iyul. REPORT.AZ/ Yaponiyada 5,3 bal gücündə zəlzələ olub.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Meteoroloji Agentliyi xəbər verib.

Xəbərdə bildirilir ki, yeraltı təkanlar ölkənin şimalındakı Hokkaydo adasında, yerli vaxtla saat 23:45-də qeydə alınıb. Zəlzələ ocağı 30 kilometr dərinlikdə yerləşib.

Tələfat və ya dağıntı barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.

Son xəbərlər

Orphus sistemi