Yuxarı
    Bağlamaq

    Yaponiyada yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, 4 nəfər itkin düşüb 

    Qəza dağlıq ərazidə baş verib

    Bakı. 3 iyun. REPORT.AZ/ Yaponiyada “Cessna 172” tipli yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər itkin düşüb.

    “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə ölkənin Toyama əyalətində olub.

    Polis bildirib ki, qəza dağlıq ərazidə baş verib. Təyyarə saat 14.23-də (Bakı vaxtı ilə saat 9.23) hava limanından uçub. O, bir saatdan sonra geri dönməli imiş. Təyyarənin göyərtəsində 4 nəfər olub. Onların taleyindən xəbər yoxdur. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi