Yaponiyada yeniyetmə intiharlarının səviyyəsi son 30 ildə ən yüksək göstəriciyə çatıb

Digər ölkələr
  • 06 noyabr, 2018
  • 06:38
Yaponiyada yeniyetmə intiharlarının səviyyəsi son 30 ildə ən yüksək göstəriciyə çatıb

Bakı. 6 noyabr. REPORT.AZ/ Yaponiyada uşaq və yeniyetmələr arasında intihar səviyyəsi son 30 ildə ən yüksək göstəriciyə çatıb.

Bu barədə "Report" BBC-yə istinadən məlumat verir.

Yaponiyanın Təhsil Nazirliyinin məlumatına görə, 2016-cı ilin martından 2017-ci ilin eyni ayınadək 250 uşaq və yeniyetmə həyatına son qoyub. Növbəti il isə bui rəqəm beş dəfə artıb və bu, 1986-cı ildən bəri ən yüksək rəqəmdir.

İntiharların əksəriyyəti yeniyetmələrin 18 yaşına qədər təhsil aldığı məktəbin yuxarı sinif şagirdləri tərəfindən törədilir.

Gəlinən əsas nəticələrdən biri ondan ibarətdir ki, intiharların sayı sentyabrın 1-də tədris ilinin başlaması ilə kəskin şəkildə artır.

Amma digər tərəfdən, Yaponiyada intiharların ümumi sayı getdikcə azalır. 2003-cü ildə bu rəqəm 34,5 min nəfər idisə, 2017-ci ildə göstərici 21 minə qədər azalıb.

44 filmi