Yaponiyada "Trami" qasırğası zamanı onlarla insan xəsarət alıb - YENİLƏNİB

Digər ölkələr
  • 30 sentyabr, 2018
  • 03:26
Yaponiyada Trami qasırğası zamanı onlarla insan xəsarət alıb - YENİLƏNİB

Bakı. 30 sentyabr. REPORT.AZ/ Yaponiyada "Trami" qasırğası zamanı xəsarət alanların sayı artıb.

"Report" xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb. 

Bildirilir ki, təbii hadisə zamanı azı 47 nəfər yaralanıb. Onlardan 38-i Okinava adasında, 9-u isə Kaqosimada xəsarət alıb. 

Qasırğa ilə əlaqədar yüzlərlə hava reysi ləğv edilib. Təbii hadisə nəticəsində 200 mindən çox ev elektrik enerjisindən məhrum olub.


***22:53

Yaponiyanın cənubundakı Okinava prefekturasında tüğyan edən "Trami" qasırğası zamanı azı 22 nəfər xəsarət alıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Telekanalın xəbərinə görə, qasırğa ilə əlaqədar sabah Osakadakı beynəlxalq Kansay hava limanının iki eniş-uçuş zolağı bağlı olacaq. Sərnişinlərdən reyslər haqqında məlumatı hava şirkətinin saytından almaq xahiş edilib.

Qasırğa nəticəsində 200 mindən çox ev elektrik enerjisindən məhrum olub. Ölkənin 400-dən çox daxili təyyarə reysi ləğv edilib.

Daha əvvəl təbii hadisə nəticəsində 17 nəfərin xəsarət aldığı bildirilirdi.

44 filmi