Yaponiyada sunami təhlükəsi elan edilib

Digər ölkələr
  • 18 iyun, 2019
  • 14:07
Yaponiyada sunami təhlükəsi elan edilib

Yaponiya sahillərində 6,6 maqnitudalı zəlzələ baş verib.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Yerli KİV zəlzələnin episentrinin Niiqata şəhərindən 85 km şimal-şərqdə olduğunu məlumat verib.

Ölkənin şimal-qərb sahillərində hündürlüyü bir metrə çatan dalğalarla sunami olması ehtimalı var.

Hələlik xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.

44 - Tezliklə