Yaponiyada son həftədə 4 mindən çox insan günvurma ilə əlaqədar xəstəxanaya yerləşdirilib

Yaponiyada son həftədə 4 mindən çox insan günvurma ilə əlaqədar xəstəxanaya yerləşdirilib Daha 3 nəfər isə həyatını itirib
Digər ölkələr
15 Avqust , 2017 07:18
Yaponiyada son həftədə 4 mindən çox insan günvurma ilə əlaqədar xəstəxanaya yerləşdirilib
Kaponews.ru

Bakı. 15 avqust. REPORT.AZ/ Yaponiyada ötən həftə davam edən isti hava şəraiti səbəbindən 4 mindən çox insan günvurma ilə əlaqədar xəstəxanaya yerləşdirilib, daha 3 nəfər isə həyatını itirib.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi və təcili yardım funksiyasını həyata keçirən Baş Yanğınsöndürmə İdarəsi məlumat yayıb.

İdarənin məlumatına görə, günvurmadan zərər çəkənlərin yarıdan çoxu qocalardır. Ölkənin mərkəzi hissəsində buludlu hava ilə əlaqədar, havanın hərarətinin 30 dərəcədən artıq olmaması səbəbindən ötən həftə ilə müqayisədə xəstəxanaya yerləşdirilənlərin sayı 1,5 min nəfər azalıb.

Mayın 1-dən ölkədə havanın hərarətinin yüksək olması səbəbindən 42 nəfər həyatını itirib.

Son xəbərlər

Orphus sistemi