Yaponiyada qırıcı təyyarə radarlardan itib

Yaponiyada qırıcı təyyarə radarlardan itib Yaponiya ordusunun “F-35A” 5-ci nəsil qırıcısı təyyarəsi uçuş zamanı radarlardan itib.
Digər ölkələr
9 Aprel , 2019 15:52
Yaponiyada qırıcı təyyarə radarlardan itib

Yaponiya ordusunun “F-35A” 5-ci nəsil qırıcısı təyyarəsi uçuş zamanı radarlardan itib.

“Report” xəbər verir ki, məlumatı TASS yayıb.

Hadisə ilə bağlı əlavə məlumat verilməyib. 

Qeyd edək ki, hazırda Yaponiyanın Özünümüdafiə Qüvvələrinin arsenalında 12 “F-35A” qırıcısı var. Rəsmi Tokio yaxın zamanlarda 105 “F-35A” və 42 “F-35B” təyyarəsi almağı planlaşdırır.

Son xəbərlər

Orphus sistemi