Yaponiyada qasırğa nəticəsində 4 nəfər xəsarət alıb

Yaponiyada qasırğa nəticəsində 4 nəfər xəsarət alıb Bakı. 9 avqust. REPORT.AZ/ Yaponiyanın üç prefekturasında Şanşan qasırğası səbəbindən 4 nəfər xəsarət alıb.
Digər ölkələr
9 Avqust , 2018 06:24
Yaponiyada qasırğa nəticəsində 4 nəfər xəsarət alıb

Bakı. 9 avqust. REPORT.AZ/ Yaponiyanın üç prefekturasında Şanşan qasırğası səbəbindən 4 nəfər xəsarət alıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerlərdə öz xüsusi müxbirlərinə istinadən NHK teleşirkəti məlumat yayıb.

Məlumata görə, İbaraki prefekturasında yaşlı qadın küləyin şiddətli əsməsi nəticəsində yerə yıxılaraq əl-ayağını qırıb. Daha iki nəfər Tiba, biri isə Kanaqava prefekturasında xəsarət alıb.

Qasırğanın mərkəzində təzyiq 975 hektopaskal təşkil edir, küləyin gücü saniyədə 35 metrə, şiddətləndikdə isə 50 metr/saniyəyə çatır.

Son xəbərlər

Orphus sistemi