Yaponiyada parlamentin Yuxarı palatasına seçkilər başlayıb

Yaponiyada parlamentin Yuxarı palatasına seçkilər başlayıb Yaponiyada parlamentin Yuxarı palatasına seçkilər başlayıb.
Digər ölkələr
21 İyul , 2019 02:51
Yaponiyada parlamentin Yuxarı palatasına seçkilər başlayıb

Yaponiyada parlamentin Yuxarı palatasına seçkilər başlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, ölkə üzrə seçki məntəqələri yerli vaxtla saat 07:00-də açılıb və 20:00-də bağlanacaq.

Ölkənin İnzibati işlər və Kommunikasiyalar üzrə Nazirliyinin məlumatına görə, bu il 14 milyon yerli sakin vaxtından əvvəl səs verib. Bu da 2016-cı ildə, Yurarı palataya son seçkilərdəki səslərlə müqayisədə 7% çoxdur.

Üç ildən bir keçirilən seçkilərdə namizədlər 245 yerdən 124-ü uğrunda mübarizə aparacaqlar. Çoxsaylı ictimai rəy sorğularının nəticələrinə görə, Yaponiyada baş nazir Sindzo Abenin başçılıq etdiyi Liberal Demokrat Partiyası və onun ən yaxın müttəfiqinin rəhbəri olduğu - "Komeyto" Partiyası Yuxarı Palatada yerlərin əksəriyyətini tutacaqlar.

Son xəbərlər

Orphus sistemi