Yaponiyada leysan yağışlara görə 110 min insan təxliyə edilib

Yaponiyada leysan yağışlara görə 110 min insan təxliyə edilib Leysan yağışlar Yaponiyada 110 mindən çox insanın təxliyyə edilməsinə səbəb olub.
Digər ölkələr
21 İyul , 2019 06:51
Yaponiyada leysan yağışlara görə 110 min insan təxliyə edilib

Leysan yağışlar Yaponiyada 110 mindən çox insanın təxliyyə edilməsinə səbəb olub.

"Report" NHK telekanalına istinadən xəbər verir ki, pis havaya görə aviareyslər ləğv edilib. 

Təbii hadisədən xüsusilə ölkənin cənub-qərb əraziləri zərər çəkib. Leysan yağışlara "Danas" tufanı səbəb olub.

Hakimiyyət orqanları daha 245 min insana təxliyyəyə hazırlaşmağı tövsiyə edib.

Qeyd edilir ki, Küsü, Honsü adalarının sakinləri təbii hadisədən zərər çəkiblər.

Sinoptiklər isə bildirirlər ki, uzunsürən leysan yağışlar torpaq sürüşmələri və çay daşqınları riskini artırır.

Son xəbərlər

Orphus sistemi