Bakı. 1 dekabr. REPORT.AZ/ Yaponiyada kimyəvi zavodda partlayış olub.
"Report"un məlumatına görə, bu barədə "Kyodo" agentliyi xəbər verib.
Xəbərdə bildirilir ki, hadisə Fudzi şəhərində qeydə alınıb. Partlayışdan sonra yanğın baş verib. Hadisə nəticəsində azı 10 nəfər xəsarət alıb.
Kimyəvi zavodun yaxınlığındakı ərazinin sakinlərinə evlərini tərk etmək məsləhət görülüb.
Hadisənin başvermə səbəbi hələlik məlum deyil.