Yaponiyada helikopter qəzası baş verib.
“Report”un məlumatına görə, bu barədə
Fukusima prefekturasında ölkə polisinin helikopteri qəzaya uğrayıb. Helikopterin qalıqları düyü əkini sahəsində aşkarlanıb.
Yaponiyanın xilasetmə və təcili yardım xidmətlərinin funksiyasını icra edən yanğınsöndürmə qurumundan bildirilib ki, qəza nəticəsində xəsarət alanlar var.

Qeyd edilir ki, hadisə zamanı helikopterdə 5-i polis əməkdaşı, 2-i həkim olmaqla ümumilikdə 7 nəfər olub. Ölkənin İctimai Televiziyası bildirib ki, onlar hamısı qəzada xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Qəzanın başvermə səbəbi araşdırılır.