​Yaponiyada güclü qar yağması nəticəsində beş nəfər ölüb

​Yaponiyada güclü qar yağması nəticəsində beş nəfər ölüb Sinoptiklər qarın bazar ertəsinə qədər davam edəcəyini xəbərdarlıq ediblər
Digər ölkələr
24 Yanvar , 2016 18:51
​Yaponiyada güclü qar yağması nəticəsində beş nəfər ölüb

Bakı. 24 yanvar. REPORT.AZ/ Yaponiyanın qərbində və cənubunda güclü qar yağması səbəbindən 5 nəfər ölüb, 100-ə yaxın insan yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "Kiodo" agentliyi məlumat yayıb.

Bazar günü ölkənin qərb bölgələrində rekord aşağı temperatur və bol qar yağması qeydə alınıb. 1901-ci ildən bu yana ilk dəfə olaraq subtropik Amami-Osima adasına qar yağıb. Sonuncu dəfə burada qar 12 fevral 1901-ci ildə müşahidə olunub.

Həftəsonu Yaponiyanın cənub-qərb hissəsinə güclü qar yağıb. Burada yol qəzaları və yıxılmadan 100-ə yaxın insan xəsarət alıb, 3 nəfər ölüb.

Ölkənin Qərb sahilində yerləşən Niiqata perfekturasında yaşlı kişi və qadın qardan təmizləmə işləri apararkən budaq suvarma kanalına düşərək ölüblər.

Sinoptiklər qarın bazar ertəsinə qədər davam edəcəyini xəbərdarlıq ediblər. Sutka ərzində ölkənin cənub-qərbində 30-dan 100 sm-dək qar düşəcəyi proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi