Yaponiyada fırtına səbəbindən 200-ə yaxın aviareys ləğv edilib

Digər ölkələr
  • 28 sentyabr, 2018
  • 02:47
Yaponiyada fırtına səbəbindən 200-ə yaxın aviareys ləğv edilib

Bakı. 28 sentyabr. REPORT.AZ/ Yaponiyada ölkə adalarına doğru hərəkətdə olan "Trami" fırtınası səbəbindən 198 aviareys ləğv edilib.

“Report” NHK-ya istinadən xəbər verir ki, hazırda fırtınanın mərkəzi Okinava prefekturasından cənubda yerləşən Miyako adasının 400 km-dədir.

Bundan əvvəl Honkonqda cərəyan edən "Manqhut" qasırğası nəticəsində təqribən 400 nəfərin xəsarət aldığı bildirilib.

44 - Tezliklə